GündəmHadisəManşet

Qızına Fransada 30 milyonluq villa tikən icra başçısı şəhid anasını intihara vadar edib (FOTO, VİDEO)

Şəhid Sahib Həsənovun anası Vüsalə Gülbala qızı Məmmədova intihara əl atıb.

AzToday.az xəbər verir ki, bu barədə bloger Mehman Hüseynov məlumat paylaşıb.

Məlumatda deyilir ki, xeyli sayda dərman qəbul edən şəhid anasının durumu ağırdır. Hazırda Gəncə Şəhər 3 Saylı Xəstəxanada həyatı ilə çarpışır:

Səbəb bilirsiz nədir? Şəhid anası bir il imiş evinin kirayə haqqını ödəyə bilmirmiş. Dəfələrlə Gəncənin icra başçısı Niyazi Bayramova müraciət etsə də, həmin yekəbaş, korrupsioner başçı Şəhid anasını qəbul etməkdən imtina edirmiş…

Gəncənin icra başçısı Niyazi Bayramov bir şəhid ailəsinə ev verə bilmir, onu qəbul edə bilmir, amma öz qızına Cahan Rəhimova üçün Fransada 30 milyonluq villa tikdirib”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, Cahan Rəhimova mərhum nazir Azad Rəhimovun gəlinidir.

Bənzər yazılar

Back to top button