GündəmHadisəManşet

Gəncənin icra başçısı intihara vadar etdirdiyi şəhid anasına baş çəkdi və özünü tərif edib (FOTO)

Gəncənin icra başçısı Niyazi Bayramov intihara cəhd xəbərindən sonra şəhid anasını ziyarət edib, öz fəaliyyət(sizliy)ini xeyli tərif edib.

AzToday.az xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Məlumatda şəhid anasının intihara cəhd etməsi barədə məlumat təkzib olunub.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Məlumatı olduğu kimi təqdim edirik:

Niyazi Bayramov səhhəti pisləşən şəhid anasını ziyarət edib

Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə daim xüsusi qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncədə də şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərin müraciətlərinə dərhal reaksiya verilir, bu kateqoriyadan olan şəxslər şəhər rəhbərliyi tərəfindən növbədənkənar qəbul olunurlar.

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə hesablarında Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızının intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdır. Bildiririk ki, bunların heç biri həqiqəti əks etdirmir. V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşmiş, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmişdir. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət etmiş, onun vəziyyəti ilə maraqlanmışdır. V.Məmmədova ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir. Həkimlərin verdiyi məlumata görə hazırda onun vəziyyəti yaxşıdır.

Əlavə olaraq bildiririk ki, Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilmiş, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Belə ki, Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılmış və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınmışdır. V.Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil kiyarəsinin ödənilməsi üçün maddi yardım göstərilmiş, ərzaq yardımı edilmiş, məişət avadanlıqları ilə bağlı YAŞAT Fondu tərəfindən müvafiq qaydada yardım edilmişdir. Bununla yanaşı şəhid Həsənov Sahib Azər oğlunun il mərasiminin təşkili ilə bağlı ailəyə maddi köməklik göstərilmişdir.

Kütləvi informasiya vasitələri nümayəndələri və vətəndaşlardan yalnız rəsmi məlumatlara istinad etmələri xahiş olunur.

Qeyd edək ki, 44 günlük İkinci Qarabağ Müharibəsində yeganə övladını itirən Vüsalə Məmmədova bu gün intihara cəhd edib. By barədə Turan-a Məmmədovanın yaxınları bildiriblər.

Yaxınlarının dediklərinə görə, o, hazırda Gəncədə 3 saylı xəstəxanadadır, durumu çox ağırdır.

Qohumlar bildirirlər ki, 2020-ci il oktyabrın 17-də Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhid olan Sahib Azər oğlu Həsənovun anası hazırda kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir.

Bir il ərzində Gəncə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq, onu qəbul etməyib. Şəhidin nənəsi telefonla bildirib: “Qızım bezdi, adamı nə qədər aldadarlar. Hər dəfə qızımı qəbul edəcəyinə söz verən icra başçısı qızım binaya daxil olan kimi aradan çıxır və köməkçiləri “başçı burda yoxdur, gedin başqa vaxt gələrsiniz” deyirlər. Dərdimizi kimə deyək?”, – Məmmədovanın anası bildirib.

Şəhidin yaxınları xahiş edirlər ki, bu məlumat paylaşılsın və ən azından bu zülmün ağırlığı altında inləyənlərin səsini çatdırmağa cəhd edilsin.

“İşğaldan azad olunmuş bölgələrdə forslanıb poza verənlər, hərdənbir evinin çırağı sönən anaları da xatırlasınlar. O anaların minbir əziyyətlə böyütdüyü övladların qanı forsla gəzdiyiniz torpaqlarda qurumayıb hələ”, – şəhidin yaxınları etirazlarını ifadə ediblər.

Bənzər yazılar

Back to top button