HadisəManşet

MEDİA-da ixtisarların ilginc sirri bilindi

Medianın İnkişafı Agentliyində (MEDİA) bir qədər əvvəl ixtisarlar baş verdi. Həmin ixtisarların səbəbi məlum olub.

Criminal.az saytına daxil olan məlumatda deyilir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) sədri Əhməd İsmayılov ətrafına 50-yə yaxın tanış-dostunu toplayıb. Onlara hər ay 2500-3000 manat maaş yazıb. Beləcə 1 ilə yaxın Əhməd İsmayılov dost-tanışına maaş verib. Bunun qarşısılığında isə hər hansı bir faydalı iş görülməyib. Üstəlik MEDİA üzərindən media qurumlaırna ayrılmalı vəsaitlər də dost-tanışın maaşına yönəldilib. Buna görə də MEDİA-ya Maliyyə Nazirliyindən ayrılan böyük vəsaitlər tez bir zamanda “əriyib”.

MEDİA Maliyyə NAzirliyinə müraciət edərək vəsait tələb edib. Bu zaman Maliyyə Nazirliyi MEDİA-ya ayardığı vəsaitin hesabatını tələb edib və məlum olub ki, Əhməd İsmayılov büdcə vəsaitini dost-tanışına ayırıb. Məsələ ölkə rəhbərliyi səviyyəsinə çıxarılıb və bundan sonra MEDİA-da ixtisarlar başlayıb.

Bənzər yazılar

Back to top button