HadisəManşet

Ekologiya Nazirliyindəki daha bir korrupsiya faktı sənədlərlə ifşa olundu (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) meşə təsərrüfatı sahəsində yol verdiyi daha bir saxtakarlıq halı ifşa olunub.

AzToday.az xəbər verir ki, bu barədə “Ecofront” İctimai Birliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi  meşə bərpa tədbirlərinə ayrılan 860 hektar ərazinin guya 7 il ərzində hamısının tam uğurla meşə ilə örtülü sahəyə keçdiyini rəsmiləşdirib:

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Beləcə saxta sənədlərlə meşələrin inkişafına ayrılan vəsaitlər talan edilir və meşə göstəriciləri şişirdilir. Reallıqda meşələr qırılır. Kağızlarda isə meşələr artır”.

Korrupsiyaya qarşı çıxdığına görə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzindən işdən çıxarılan kadastr üzrə baş mühəndis Kərəm Ağazadə isə bildirir ki, mərkəzin baş meşəbəyisi ilə baş mühasibi bu ilin sentyabr ayının yağıntılı günlərində sənəd üzərində olub, realda olmayan əkin və təbii bərpalara saxta naryadlar (suvarma, fəhlə, qulluq və s.) yazıb. Bu təmiz biabırçılıqdır.

– Olmayan əkin və Təbii bərpaya.
– Məgər yağıntılı havada əkin suvarılır.

Bənzər yazılar

Back to top button