ManşetSiyasət

Avtoritarizmin qoruyucu kəməri

İnqilab nəticəsində devrilən mütləqiyyət rejimləri ilə bağlı araşdırmanın üzə çıxardığı qənaətlərdən biri də ondan ibarətdir ki, diktatura nə qədər sərt olarsa rəqiblərinin qalib gəlmək şansı bir o qədər artar. Avtoritar rejimlərlə bağlı məsələ fərqlidir. Çünki onların diktaturadan fərqli olaraq “qoruyucu kəməri” mövcuddur.

Rusiyada Putinin hibrid rejiminin qoruyucu kəməri rolunu “Yabloko” partiyası oynayır. İlk dəfə 1993-ü ildə Qriqori Yavlinski, Yuri Boldırev və Vladimir Lukinin bloku kimi yaranan “Yabloko” adını da qurucu şəxslərin soyadlarından almışdı. Vladimir Putin hakimiyyətə gəldikdən sonra, 2001-ci ildə “Yabloko” partiyaya çevrildi. Rusiyanın qismən azad ölkə olduğu dövrdə “Yabloko” müxalifət partiyası olaraq qalırdı. Rusiyada avtoritarizm qurulduqdan və hibrid rejimə keçdikdən sonra “Yabloko” da müxalifət partiyasından rejimin qoruyucu kəmərinə çevrildi. İş o yerə çatıb ki, “Yabloko” sədrinin birinci müavini Sergey İvanenko Avropa Parlamentinə məktub yazaraq siyasətçi Aleksey Navalnıya Andrey Saxarov mükafatının verilməməsini xahiş edib. Bundan öncə isə “Yabloko”nun rəhbərliyi bəyan etmişdi ki, müxalifət lideri Aleksey Navalnı tərəfindən irəli sürülmüş “Ağıllı səsvermə” layihəsi tərəfindən seçkidə dəstəklənən üzvülərinin namizədliyini ləğv edəcək. Rusiya cəmiyyətinin rəy liderləri, nüfuzlu politoloq və ekspertlər tərəfindən “Yabloko”nun bu siyasəti kəskin tənqid olunsa da, partiya rəhbərliyi Putinin hibrid rejimin qoruyucu kəməri olmaq siyasətin israrla davam etdirməyə çalışır.

Araşdırma jurnalistikası üzrə ixtisaslaşmış The Insider saytının Qriqori Yavlinski ilə bağlı apardığı təhqiqatdan sonra isə “Yabloko”nun bu rolu oynamasını mümkünsüz edib. Həmin təhqiqat zamanı məlum olmuşdu ki, Qriqori Yavlinski 2018-ci ildə prezident seçkilərində namizəd kimi iştirak etdikdən sonra prezident Vladimir Putinin ən yaxın adamlarından biri, “Sberbank” prezidenti German Qrefə yaxınlığı ilə tanınan bir vəkil bürosundan 30 milyon rubl (500 min dollar) “qonarar” alıb. The Insider saytının təhqiqatı Qriqori Yavlinskinin həmçinin 55 milyon rubl (650 min dollar) dəyərində villaya sahib olduğunu da üzə çıxmışdı.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Vəzifəsi müxalifətə müxalifətlik etmək olan “qoruyucu kəmər” bütün avtoritar rejimlərdə var. Bu “qoruyucu kəmər”i zərərsizləşdirməyin yeganə bir yolu var. Bu yol da “qoruyucu kəmər”in malik olduqları sərvətləri üzə çıxarmaqdan ibarətdir. The Insider saytı Qriqori Yavlinskinin sərvətini üzə çıxardıqdan sonra “Yabloko” qoruyucu kəmər funksiyasını itirdi. Ona görə də “Yabloko”nun ictimai rəydəki yeni simvolu qurdlardan ibarət alma rəsmidir.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button