İqtisadiyyatManşet

ABŞ şirkətləri tenderlər vasitəsilə investisiya layihələrində iştirak etməkdə maraqlıdırlar – Li Litzenberger

Bu həftə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger yerli dövlət rəsmiləri ilə görüşmək, USAID/Azerbaijan-ın təlim tədbirində iştirak etmək və Gəncənin tarixi və mədəniyyəti haqqında daha ətraflı öyrənmək məqsədilə Gəncə şəhərinə səfər edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, səfir Litzenberger səfər çərçivəsində ötən il raket zərbəsi endirilən əraziləri də ziyarət edib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Səfir 2020-ci ilin payız döyüşlərində həyatını itirən, o cümlədən 2020-ci ilin oktyabrında raket zərbəsi nəticəsində həlak olan Gəncə sakinlərinə dərin hüznlə başsağlığı verib”, deyə səfirliyin məlumatında bildirilir.

Xatırladaq ki, 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibə zamanı Gəncə şəhərində mülki əhalinin yaşadığı məhəllələrə bir neçə raket zərbəsi endirilib. Nəticədə onlarla insan həlak olub və yaralanıb, çoxsaylı evlər dağılıb.

Səfir Litzenberger jurnalsitlərin sualının cavabında bildirib ki, ABŞ Cənubi Qafqazda regional əlaqələrin qurulmasında çox maraqlıdır.

“Bu, həm quru yollara, həm dəmir yoluna, həm də hava nəqliyyatına aiddir. Biz regionun hər üç ölkəsi arasında iqtisadi inkişafı təşviq edən addımları dəstəkləyirik”.

Onun fikrincə, ABŞ tərəflərlə danışıqlar aparmağa davam edir ki, bu cür inkişafı dəstəkləyən addımlara töhfəsini versin.

Litzenberger həmçinin bildirib ki, ABŞ şirkətləri Azərbaycanda iqtisadi inkişafa yardım göstərmək əzmindədir.

“Artıq ABŞ-ın bəzi şirkətləri azad olunan ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işlərində iştirak etmək üçün əlaqələr qurublar. Əgər Azərbaycan ABŞ-ın daha çox şirkətinin investisiya qoymasında maraqlıdırsa, açıq tender keçirməsini tövsiyə edirəm. Bu tenderlər vasitəsilə ABŞ şirkətləri müraciət edə bilərlər. Bununla da Azərbaycanın hansı istiqamətlərdə maraqlı olduğunu və buradakı inkişafa öz töhfələrini verə biləcəklərini dəqiq bilərlər”, deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button