İdman

Ronald Kuman “Barselona”dan qovuldu – RƏSMİ

“Barselona” rəhbərliyi baş məşqçi Ronald Kumanı istefaya göndərib.

Fanat.az xəbər verir ki, informasiyanı Kataloniya klubunun mətbuat xidməti yayıb.

Komandanın “Rayo Valyekano”ya 0:1 hesabıyla uduzması idarəçilərin niderlandlı çalışdırıcı ilə bağlı radikal addım atmasını şərtləndirib.

Kuman ötən ilin avqistunda “Barselona”ya baş məşqçi təyin edilmişdi. Onun rəhbərliyi altında bu mövsüm İspaniya Primyerasında 10 tura 15 xal yığa bilən kataloniyalılar turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. İspaniya nəhənginin UEFA Çempionlar Liqasının qrup mərhələsində də vəziyyəti ürəkaçan deyil. İlk 3 tura 1 qələbə qazanan “Barselona” 3-cü yerdə mövqe tutub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button