DünyaHadisə

O şillənin səbəbini açıqladı! (VİDEO)

Ötən həftə Şərqi Azərbaycanın yeni valisi Zeynalabidin Xürrəmə şillə vuran polkovnikin adı Əyyub Əlizadədir.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Fikrət Fərəməzoğlu məlumat yayıb. Onun sözlərinə görə, Əyyub Əlizadə SEPAH-ın tərkibindəki “Ləşkər-e-Aşura”nın polkovniklərindən biridir:

“Bu gün Əlizadə bəyanat yayıb və valiyə sillə vurmasının səbəbini izah edib. O deyib ki, vaxt ilə Xürrəmlə bir yerdə işləyiblər. “Biz SEPAH-ın yataqxanasında qalanda çox kasıb idik. Mən elə indi də kasıb həyatı yaşayıram. Zeynalabidinin həyat yoldaşı evi dolandırmaq üçün dərzilik edirdi. İndi Zeynalabidinin İstanbulda, Ankarada, Tehranda onlarla evi, mülkləri, böyük biznesləri var. Mən o silləni dövlətin adından ona vurdum. Göstərdim ki, korrupsiya, rüşvətlə belə varlanıb. Yoxsa, onun maaşı belə bahalı mülklərə sahib olmağa imkan verməz. Deyib ki, məni bağışlayır. Bağışlamasın. Versin məhkəməyə. Onun bu qədər sərvəti necə əldə etdiyini sənədlərlə sübut edim”.

Xatırladım ki, “Ləşkər-e-Aşura” (Aşura Ordusu) İran-İraq müharibəsi zamanı Təbrizdə könüllülər tərəfindən yaradılıb. İlk komandanı da Baqiri olub. Müharibədən sonra isə xüsusi qoşun növü olaraq SEPAH-ın tərkibinə verilib.

Bənzər yazılar

Back to top button