Dünya

“Google” əməkdaşları hərbi layihədə iştirakdan imtina etdi

“Google” şirkətinin 3 mindən artıq əməkdaşı şirkət rəhbərliyinə kollektiv müraciət ünvanlayaraq qurumun Pentaqonun həyata keçirdiyi proqramda iştirakına öz etirazlarını bildirib.

Trend-in məlumatına görə, “Project Maven” adlı layihə döyüş təyinatlı pilotsuz uçuş aparatlarının dəqiqliyini artırmaq məqsədi ilə süni intellektin istifadəsini nəzərdə tutur.

“Hesab edirik ki, “Google” hərbi bizneslə məşqul olmamalıdır”,- deyə şirkətin aparıcı mühəndislərinin də imzaladığı müraciətdə vurğulanır.

Bənzər yazılar

Back to top button