İdman

“Barselona” Xaviyə görə təzminat ödəmək istəmir

“Barselona” rəhbərliyi “Əl-Sədd”in (Qətər) baş məşqçisi Xavi üçün təzminat ödəməkdən imtina edir.

Qol.az xəbər verir ki, bu barədə “RAC1” məlumat yayıb. İspan mütəxəssisin müqaviləsində 1 milyon avro təzminatla bağlı bənd var. Lakin Kataloniya təmsilçisi bu məbləği ödəmək istəmir.

“Barselona” ümid edir ki, 41 yaşlı mütəxəssis hazırkı komandadan pulsuz ayrılacaq. La Liqa klubu bu məsələ həll olunana qədər məşqçi ilə şəxsi razılaşmanın detallarını müzakirə etməyəcək.

Xatırladaq ki, “Barselona” dünən Ronald Kumanı istefaya göndərib. Komandanı müvəqqəti olaraq Serxi Barxuanın çalışdıracağı bildirilib.

Bənzər yazılar

Back to top button