Dünya

İrandan başqa ölkələrə üz tutan həkim və sağlıq personalının sayı artdı

İranda tibbi qurumların bildirdiyinə görə, həkimlər və tibb personalının başqa ölkələrə köçmələrinin sayında artım müşahidə olunur.

AzToday.az “Tejarat News”a istinadla xəbər verir ki, məsələ ilə bağlı İranın Səhiyyə Sistemi Təşkilatının keçmiş başçısı deyib: “Yol

problemləri və bir çox iqtisadi və ictimai problemlər ölkədə işləmək istəyini azaldıb və başqa ölkələrə köçmək istəyini artırıb”.

İranlı həkim və siyəsətçi Məhəmməd Rza Ğəzəfğəndi mövzu ilə bağlı deyib: “Məsələləri gizlətmək yerinə, bununla bağlı çarə düşünmək lazımdır. Əlbətdə ki, elmi yanaşma və islahatçıların məsləhətlərini dinləmək üçün telefona sahib olmaq, bir az da dözümlü olmaq millətin bu qiymətli sərvətlərini qoruyub saxlamaq üçün yaxşı çarədir”.

Tibb Sistemi Təşkilatının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ümid Sədri isə təkcə bu ilin yayında 3 ay ərzində mindən çox həkimin fəaliyyətlərinə digər ölkələrdə davam edə bilmək üçün başqa ölkələrə getmək üzrə təşkilata müraciət etdiklərini deyib.

Mənbə: “Azad İran”

Bənzər yazılar

Back to top button