GündəmSağlamlıq

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2189 yeni yoluxma faktı qeydə alınıb, 1585 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzToday.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 28 nəfər COVID-19-dan dünyasını dəyişib.

Koronavirus əleyhinə 49 799 vaksin vurulub.

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 837, ikinci mərhələ üzrə 12 962 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 9 617 755, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 227 329, ikinci mərhələ üzrə isə 4 390 426 nəfər təşkil edir

Bənzər yazılar

Back to top button