Siyasət

Nikol Paşinyan: “Dağlıq Qarabağın statusu məsələsi yoxdur”

Ermənistanda müxalifətçi “Hayastan” blokundan deputat və “Daşnaksütun” partiyasının üzvü İşxan Saqatelyan ötən ilin oktyabrında, müharibənin şiddətli vaxtında Baş nazir Nikol Paşinyanın parlamentdənkənar müxalifət qüvvələri ilə keçirdiyi qapalı görüşün təfərrüatını danışıb.

Qaynarinfo-nun məlumatına görə, deputat bildirib ki, Paşinyan həmin görüşdə təslim olmaq haqda sazişi imzalamağa hazırlaşdığını deyib:

“Oktyabrın 19-da o, müşavirəyə onunla başladı ki, vəziyyət ağırdır, itkilərimiz çoxdur. Soruşdum ki, heç olmasa status məsələsi (Dağlıq Qarabağ – red.) varmı, o, (Nikol Paşinyan – red.) “yox” cavabını verdi. Ona xitabən dedim: sən, əslində, 23-24 gün “biz qalib gələcəyik” qışqırdın, indi deyirsən ki, kapitulyasiyaya imza atacaqsan. Cavab verdi ki, vəziyyət belədir və ondan əvvəlki rəhbərlik yaxşı miras qoymayıb. Mən isə dedim ki, kapitulyasiya bizim dövlətimizin dağıdılmasıdır”.

Bənzər yazılar

Back to top button