Hadisə

Tanınmış alim vəfat etdi (FOTO)

Tanınmış ədəbiyyatşünas alim Cəlal Qasımov vəfat edib.

AzToday.az xəbər verir ki, filologiya elmləri doktoru, professor 61 yaşında dünyasını dəyişib.

Cəlal Qasımov 2021-ci ildən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri idi.

O, ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də, siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın və əsərlərin, bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifi idi.

Allah rəhmət eləsin!

Bənzər yazılar

Back to top button