Cəmiyyət

Operativ Qərargah bu halda qapanmaya gedəcək – Millət vəkilindən çağırış

“Hazırda Azərbaycanda üçüncü doza peyvəndin vurulması həyata keçirilir”.

Bunu Qaynarinfo-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Onun sözlərinə görə, vaksinasiya prosesi mütəşəkkilliklə təşkil olunmasa, koronavirusa yoluxan və həyatını itirənlərin sayı daha da artacaq:

“Pandemiya bütün dünyada davam edir və artıq ayrı-ayrı bölgələrdə yeni dalğalar müşahidə olunur. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı da davamlı olaraq dünya ictimaiyyətini məlumatlandırır. Əlbəttə, ilk növbədə vaksinasiya prosesi mütəşəkkilliklə təşkil olunmalıdır. Azərbaycan o ölkələrdəndir ki, yanvar ayından prosesi həyata keçirir. Bütün bölgələrimizdə bu proses aparılır. İndiki mərhələdə artıq bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da üçüncü doza peyvəndin vurulması həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən vaxtaşırı vəziyyətlə bağlı qərarlar qəbul olunur. Bütün hallarda ilk növbədə vaksinasiya prosesi getməli və Operativ Qərərgah tərəfindən qoyulan qaydalara birmənalı olaraq riayət olunmalıdır”.

Həmsöhbətimiz epidemioliji vəziyyətin vətəndaşların davranışından asılı olduğunu bildirib:

“Çox ciddi, belə deyək qarşısıalınmaz vəziyyət yarandığı halda Operativ Qərərgah lazımi qərarlar verəcək. Yəni Operativ Qərərgah lazım bilsə, müəyyən müddətdə qapanmalar həyata keçirilə bilər. Görürük ki, bəzi dövlətlərdə vəziyyət nəzarətdən çıxdığı və yaxudda çıxmaq təhülkəsi ilə üz-üzə qaldığı üçün müəyyən mənada bir neçə günlük qapanmalar həyata keçirilir. Artıq belə bir qərar bu günlərdə Rusiyada qəbul olundu. Bənzər qərarlar Avropa ölkələrində də zaman-zaman qəbul olunur. Ona görə də, vəziyyət nəzarətdən çıxarsa, Operativ Qərərgah qapanmaya gedəcək. Bütün hallarda bu prosesin tənzimlənməsi hər bir vətəndaşımızın əlindədir. Vaksinasiya prosesində hamı iştirak etməlidir və eyni zamanda Operativ Qərərgah tərəfindən qoyulan qaydalara birmənalı olaraq əməl olunmalıdır. Əks təqdirdə arzuolunmaz ola bilər”.

Bənzər yazılar

Back to top button