İdman

Ronaldudan yeni göstərici

Ötən gün İngiltərə Premyer Liqasının 10-cu turunun “Tottenhem” – “Mançester Yunayted” matçı keçirilib. Londonun “Tottenhem Hotspur” stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Fanat.az xəbər verir ki, oyun “qırmızı şeytanlar”ın hücumçusu Kriştianu Ronaldu (Cristiano Ronaldo) üçün əlamətdar olub. Belə ki, Kriştianu bu görüşdə hesabı açıb, daha sonra Edinson Kavaniyə (Edinson Cavani) məhsuldar ötürmə verib. Portuqaliyalı hücumçu “Çelsi”nin keçmiş oyunçusu Didye Droqbanın 2014-cü ilin dekabrında əldə etdiyi nailiyyəti təkrarlayıb. Hər iki futbolçu Premyer Liqa matçında qol vuran və məhsuldar ötürmə edən ən yaşlı oyunçu olub. Onlar bunu 36 yaş və 267 günündə etməyi bacarıb.

Bənzər yazılar

Back to top button