Siyasət

“Kimsə Ərdoğanın qarşısını ala bilmir, çünki…” – Sərkisyan

“Türkiyə Prezidenti Ərdoğan ciddi regional oyunçuya çevrilib, güclü ordusu var və buna görə kimsə onun qarşısını ala bilmir”.

Bunu erməni siyasi ekspert Suren Sərkisyan deyib.

Ərdoğanın liderliyindəki Türkiyənin hissediləcək səviyyədə gücləndiyini bildirən Sərkisyan türk dövlətinin qarşısının alınmasının mümkün olmadığını söyləyib.

Erməni ekspert 2015-ci ildə Türkiyə sərhədlərini pozan Rusiya qırıcısının türk ordusu tərəfindən vurulmasına və bundan sonra Moskvanın Ankaraya adekvat cavab verə bilməməsinə də diqqət çəkib:

“2015-ci ildə Türkiyə “Suriyada Rusiya təyyarəsini vurdu və yenə də heç kim onu ​​cəzalandıra bilmədi. O, ciddi regional oyunçuya çevrilib, çox güclü ordusu var və istədiyi hər şeyi həyata keçirə bilir, Böyük Turanı qurmaq yolunda irəliləyir”.

Sərkisyanın sözlərinə görə, Türkiyənin regionda yürütdüyü siyasətdə ən mühüm amil, Azərbaycan və İranla həmsərhəd olan Sünik (Zəngəzur) vilayətidir:

“Sünik İran üçün təkcə xarici sərhəd deyil, həm də Avrasiya İqtisadi Birliyi ilə yeganə quru sərhədidir. Sünik həm də İran üçün Türkiyədən yan keçməklə, Gürcüstan üzərindən Qara dənizə çatmağın yeganə yoludur. İran Sünik boyunca Ermənistanla sərhədini itirərsə, o zaman NATO üzvü olan Türkiyənin təsiri altına düşəcək”.//Teleqraf.com

Bənzər yazılar

Back to top button