Siyasət

“İran ikiüzlü siyasət yürüdür və Əfqanıstana qarşı Qərb imperializmi ilə əməkdaşlıq edir” – “Taliban”

Bir neçə gün əvvəl Tehranda keçirilən “Əfqanıstanın qonşuları” beynəlxalq konfransında İranın nümayəndələrinin səsləndirdiyi fikirlərə “Taliban” hakimiyyəti cavab verib.

Ovqat.com-un məlumatına görə, “Taliban” hökumətinin İnformasiya Nazirliyinin sözçüsü Şahab Leval qatıldığı televiziya proqramında İranı “ikiüzlülük”də ittiham edib.

İranın konfransda “Talibanı inklüziv hökumət qurmağa məcbur etmək” təklifinə münasibət bildirən Leval Tehranı əvvəl öz gözündəki tiri görməyə çağırıb.

Şahab Leval “Taliban”ı öz hakimiyyətdə şiələrə də yer verməyə çağıran İrana xatırladıb ki, onun da ərazisində xeyli sayda sünni yaşayır və əsl hüquqları pozulan da elə İran sünniləridir.

“İranda inklüziv hökumət vardır ki, bizdən də bunu tələb edir”, – deyən Leval İranın anti-Qərb dövlət imicinin də saxta olduğunu bildirib: “İran Əfqanıstanla bağlı hər zaman ikiüzlü siyasət yürütdüb. Qərb əleyhdarı görünsə də, o, Əfqanıstanda Qərb imperialistləri ilə əməkdaşlıq edirdi”.

Qeyd edək ki, İranın keçirdiyi “Əfqanistanın qonşuları” beynəlxalq konfransın bir neçə Orta Asiya ölkəsi qatılmışdı. Rusiya Xarici İşlər nazirinin virtual formatda qatıldığı konfransda “Taliban” rəsmiləri iştirakdan boyun qaçırmışdı.

Bənzər yazılar

Back to top button