İqtisadiyyat

Qorxmaz Hüseynov köhnə avadanlıqları yenisi kimi rəsmiləşdirirmiş – İddia

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində istismar müddəti bitmiş texnika, avadanlıq və cihazlar sənədlərdə yeni alınan mal və materiallar kimi rəsmiləşdirilərək istifadə edilib”.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə “Azərsu” ASC-də dövlət büdcəsini mənimsəmək məqsədilə aparılan maxinasiyaya qurumun sabiq sədri Qorxmaz Hüseynov birbaşa nəzarət edib. Qorxmaz Hüseynov ASC-ni texnika, avadanlq, və cihazlarla təmin edən iki böyük idarəyə – Nəzarət Ölçü Cihazları İdarəsinə qardaşı oğlu Eyvaz Hüseynovu, Nəqliyyat və Xüsusi Texnika İdarəsinə öz yaxın qohumu Xürrəm Hüseynovu rəis təyin etməklə büdcədən külli-miqdarda vəsaiti yayındıra bilib.

Qorxmaz Hüseynovun qurumda yaratdığı “şəbəkə”nin hələ də “iş başında” olduğu, qurumda faktiki yaranmış boşluqlardan yararlandıqları iddia edilir.

Qeyd edək ki, Qorxmaz Hüseynov cari ilin may ayında vəzifədən çıxarılıb.

Qarşı tərəf mövqe bildirə bilər.

Bənzər yazılar

Back to top button