Cəmiyyət

Pandemiya zamanı distant iş: fors-major hallarda yaranan boşluqlar (EKSPERT)

“Pandemiya dövründə bəzi qanunların qəbul olunmasına ehtiyac var”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov pandemiya tədbirləri çərçivəsində bir çox ölkədə ofis işçilərinin uzaqdan işləmə praktikasının tətbiqi zamanı qanunvericilikdə fors-major hallarda müəyyən boşluqların olduğundan danışarkən deyib.

Hüquq müdafiəçisinin fikrincə, pandemiya zamanı müəyyən işlər var ki, onları məsafədən görmək mümkündür:

“Ərzaq mağazalarında işləyən satıcılar məsafədən işləyə bilməz. Onlar bir başa alıcılarla təmasdadır. Bundan əlavə bir neçə belə fəaliyyət sahələri var ki, məsələn, taksi, ictimai nəqliyyat və s. kimi təmas sahələrini çıxmaqla digərlərində uzaqdan iş mümkündür. Məsələn, elə götürək jurnalistika və iqtisadiyyatı. Jurnalistikada mümkündur. Mən bəzi telekanallarımızı anlaya bilmirəm. Niyə qonaqları bir başa canlı efirə çağırlrlar? İnformasiya texnologiyalarımız qonaqları uzaqdan danışdırmağa imkan vermir? WhatsApp? Skype? Zoom proqramlar var… Hətta telekanalların əməkdaşlarının əksəriyyətini də anlaya bilmirəm. Onlar niyə çıxır işə? Onların işini evdən də idarə etmək olar. Yalnız bəzi işçilər var ki, onların işi telekanalın özündə aparılmalıdır. Eyni ilə bizim sahə, mən vəkiləm, bir sıra xidmətləri məsafədən internetlə həll edirəm. Onlar hər hansı məsləhət almaq istəyirsə, mən onlara uzaqdan da məsləhət verirəm. Eyni zamanda onlar da ödənişi internet bank vasitəsi ilə həyata keçirə bilər. Bu gün mən belə çalışıram”.

Vəkil bildirib ki, müəyyən sahələr var ki, uzaq məsafədən onu idarə etmək qeyri-mümkündür:

“Məsələn, məhkəmə prosesi – burada uzaqdan iş olmaz. Halbuki bütün inkişaf etmiş sahələrdə məhkəmə prosesi belə uzaqdan aparılır. Hazırda Milli Məclisdə qanunvericiliyə dəyişikliklər olundu ki, videokonfrans vasitəsi ilə məhkəmə proseslərin keçirilməsi baş tutsun. Qanunlar artıq qəbul olunur. Çox az sahə var ki, orada mütləq qanuna dəyişiklik edilməlidir”.

Əkrəm Həsənov bəzi insanların məsafədən işləmək istəmədiklərini vurğulayıb:

“Deyirlər ki, biz məsafədən işləmək istəmirik. Elə sahələr var ki, orada qanuna ehtiyac var. Əksər hallarda isə başqa qanunların qəbuluna ehtiyac var. Aidiyyatı orqanlar desin ki, pandemiya dövründə filan sahələrdə əməkdaşlar məsafədən işləməlidirlər, vəssalam”.

Bənzər yazılar

Back to top button