Dünya

Bayden Roma Papasına təriflər yağdırdı

ABŞ prezidenti Co Bayden Papa Fransisklə təmaslarında “böyük rahatlıq” tapdığını deyib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə Romada G20 sammiti başa çatdıqdan sonra keçirilən mətbuat konfransında bildirib.

“O, həqiqətən yaxşı insandır”, – Bayden pontifik haqda deyib.

Onun sözlərinə görə, Roma Papası Fransisk Yer kürəsində sülh, ədəb və ümumən şərəfin təmin olunmasına çalışır.

Ağ Evin rəhbəri qeyd edib ki, pontifik onun katoliklik haqqında uşaqlıqdan bildiyi hər şeyi təcəssüm etdirir. Eyni zamanda o, digər dini baxışlara sadiq olan insanlara böyük hörmət bəslədiyini göstərib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button