İdman

Mourinyonun 43 oyunluq seriyası qırıldı

İtaliya A seriyasının 11-ci turunda “Milan”a uduzan (1:2) “Roma”nın baş məşqçisi Joze Mourinyonun uğurlu seriyası qırılıb.

Qol.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin İtaliya çempionatında evdəki 43 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyulub. Bu, 1994/95 mövsümündən bəri ən uzun seriyadır.

Qeyd edək ki, aktivində 19 xal olan “Roma” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bənzər yazılar

Back to top button