Bu il Vahid Ələkbərovun sərvəti 7 milyarddan çox artıb

by Aztoday Xəbər Portalı

“Bloomberg Billionaires Index” Rusiyalı milyarderlərin qazancının reytinqini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, reytinqdə “Lukoyl” şirkətinin prezidenti və həmtəsisçisi Vahid Ələkbərovun sərvətinin artdığı göstərilib.

Belə ki, Ələkbərovun sərvəti ilin əvvəlindən 7,25 milyard dollar artaraq 24,5 milyard dollara çatıb. Lakin buna baxmayaraq, Vahid Ələkbərov reytinqin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, sözügedən indeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır.

Bənzər Yazılar