GündəmSiyasət

General-leytenant Hikmət Mirzəyev danışdı: “Şuşaya girəndə…” (VİDEO)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.

Bu barədə AzToday.az-a Bakı Media Mərkəzindən məlumat dxil olub.

Bildirilib ki, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev də filmdə yer alıb.

“Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim”,-deyə general Şuşa ilə bağlı təəssüratlarını bölüşüb.

Bənzər yazılar

Back to top button