Dünya

ABŞ İranın İsrail və Həmasın müharibəsinə qarışmasına imkan verməyəcək – Dövlət Departamenti

Bazar ertəsi Bayden administrasiyası bildirib ki, İsrail və HƏMAS arasında müharibənin güclənməsini müşahidə edir və regionda geniş münaqişənin qarşısını almaq niyyətindədir.

Vaşinqton rəsmilərinin əsas vəzifəsi İranın və onun etimad etdiyi qrupların münaqişəyə müdaxilə etməməsini təmin etməkdir.

“Ümid edirik ki, onlar gərginliyin aradan qaldırılması yolunu seçəcəklər”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Turan-ın müxbirinin sualına cavabda bildirib.

Vaşinqtonun Tehrana mesajlarının qəbul edilib-edilmədiyi haqqında suala cavabda Miller belə deyib: “Biz çox açıq şəkildə bildirdik ki, regionda ABŞ-ın maraqlarını və Amerika personalını müdafiə edəcəyik. Bunu bilavasitə İran hökumətinə açıq şəkildə bildirdik…”

Ötən həftə ABŞ müharibənin genişlənməsinin qarşısının alınmasının siqnalı olaraq Suriyaya aviazərbələr endirib, İrana bağlı olan hədəfləri vurub. Pentaqon həmçinin “Cerald Ford” aviadaşıyıcısını və onun zərbəçi qrupunu Aralıq Dənizinin şərq hissəsinə göndərib.

Bənzər yazılar

Back to top button