İqtisadiyyatManşet

“Sovet adamı”nın daşınmaz əmlak sevgisi – 300 milyardlıq sərvətə sahib olan İlon Mask sonuncu evini satışa çıxardı

Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Mask sərvəti 300 milyard dolları keçən ilk şəxsdir. Noyabrın ilk gününə Forbes Real Time-n qiymətləndirməsinə əsasən Maskın sərvəti 305,7 milyard dollar təşkil edir. Bloomberg Billionaires Index görə isə İlon Maskın sərvətinin həcmini 311 milyard dollardır.

Forbes Real Time və Bloomberg Billionaires Index görə dünyanın ən zəngin adamı olan və sərvəti 300 milyard dolları ötən İlon Mask ötən ay sonuncu evini, San-Fransisko körfəzindəki böyük malikanəsini satışa çıxardı. Təxminən 32 milyon dollar qiyməti olan sonuncu evini satışa çıxaran İlon Mask mülkün satışından əldə edəcəyi pulu həyata keçirdiyi layihələrə yönəltmək niyyətindədir.

Şərqi Almaniya da daxil olmaqla keçmiş sosialist düşərgəsinə daxil olmuş ölkələrinin insanları isə pul qazandıqda ilk işləri ev, daha sonra avtomobil və digər daşınmaz əmlak almaq olur. Buna görə də keçmiş sosialist ölkələrinin ən çox inkişaf etmiş hissəsində belə həyat səviyyəsi hələ də Qərbi Avropa səviyyəsinə çatmayıb.

İki Almaniya birləşməsindən ötən 30 il müddətində Qərbi Almaniya Şərqi Almaniyaya bir trilyon avro sərmayə qoysa da Şərqin həyat səviyyəsi Qərbin həyata səviyyəsinə çatmayıb.

Almaniya hökuməti “Şərq çuxuru”na sərmayə qoymaqdan yorulduğu üçün nəhayət Berlin divarının dağıdılmasının 30-cu ildönümündə “həmrəylik toplusu” adlandırılan birləşmə vergisini ləğv etdi.

Almaniyanın təcrübəsindən və ciddi hesabalardan sonra Cənubi Koreya da Şimali Koreya ilə birləşməyin faydasız olacağı qəanətinə gəlib. Hesablamalara görə Şimali Koreayada həyat səviyyəsinin Cənubi Koreya səviyyəsinə çatdırılması üçün ən azı bir trilyon dollar sərmayə qoyulmalıdır. Seul isə belə fədakarlığın faydasız olacağı qənaətindədir.

Kommunizmin doğurduğu acı nəticələrin iqtisadi qiymətləndirməsi bundan ibarətdir. Sosialist sisteminin dağılmasından 30 il ötməsinə baxmayaraq kommunizmin dağıtılarını dünyanın heç bir ölkəsində tam şəkildə aradan qaldırmaq mümkün olmayıb.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button