11 yaşında uşağı doğulan qızın atalığından və anasından xəbər var

by Aztoday Xəbər Portalı

İmişlidə atalığından hamilə qalan 11 yaşlı məktəbli və onun anası Sosial Xidmətlər Agentliyinin Sığınacağına yerləşdirilib.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Sədr bildirib ki, 11 yaşlı məktəbli ana bu gün xəstəxanadan evə buraxılacaq:

“Bibisi ilə danışdım, dedi ki, bu gün xəstəxanadan çıxacaqlar. Vəziyyəti normaldır. Qızın uşağını da yaşatmaq üçün həkimlər böyük səy göstərir. Atalığına 4 ay həbs cəzası verilib. Orada yəqin ki, DNT analizinin cavabı var ki, onu həbs ediblər”.

Kəmalə Ağazadə iştintaq işinin İmişlidə aparıldığını vurğulayıb.

Sədr seksual hərəkətlərə təhrikolma, pedofiliya ilə bağlı qanunların sərtləşdirilməsini tələb edir:

“Qanunlara yenidən baxılsın, cəzaların müddəti artırılsın. Bu hadisələrlə üzləşən uşaqlar həyata davam edə bimir, qorxu içində olurlar. Onların gələcəyi üçün bu addımı atmaq lazımdır”.

Qeyd edək ki, Baş Prokurorluq İmişli rayonunda 11 yaşlı ögey qızını zorlamaqda ittiham edilən şəxsin həbs edildiyini açıqlayıb. İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı 1978-ci il təvəllüdlü S.C. (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Bənzər Yazılar