İqtisadiyyat

Rüsumlar kəskin şəkildə qalxdı… – Maliyyə Nazirliyi xalqın cibinə niyə bu şəkildə girir?..

Maliyyə nazirliyi hansı səbəbdən onsuz da ağır şəraitdə yaşayan xalqın cibinə bu şəkildə girməyi zəruri hesab edir və hökümətin bu siyasəti hansı strategiyaya hesablanıb?..

İqtisadçı-ekspert: “Rəsmi açıqlamalarda tam açıq deməsələr də, belə izah etməyə çalışırlar ki, son illər infilyasiya yüksək olub və qiymətlər artıb. İndi də infilyasiyaya uyğun olaraq rüsumların indeksləşməsinə ehtiyac yaranıb. Əgər belə bir açıqlama verirlərsə, bu tamamilə məntiqsiz yanaşmadır”.

“Hamıya bəllidir ki, maaşlar və təqaüdlər iki dəfə artmayacaq. O zaman hansı indeksləşmədən söhbət gedir ki, bəzi rüsumlar, məsələn avtomobillərin texniki baxış rüsumları iki dəfə artırıldı”.

Bu sözləri İqtisadçı-ekspert Natiq Cəfərli rüsumların artırılmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən bir sıra rüsumların kəskin şəkildə qaldırılması ilə bağlı məlumatlar yayıldı. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, hər bir istiqamət üzrə baxanda dövlət rüsumlarının artırılması zaman müddəti ilə bağlıdır: “Gedən prosesləri, həmin dövrdə olan inflyasiyanı, mal və məhsulların bahalaşmasını və digər amilləri nəzərdə alanda bu, texnoloji proseslərə olan dəyişikliklərdir”.

Fikrini davam etdirən nazir müavini qeyd edib ki, rüsumlarda əməliyyatlar üçün həyata keçirilən dövrilik də nəzərə alınacaq: “Məsələn, nikahların bağlanması üçün əvvəlki rüsum 15 il bundan əvvəl müəyyən olunub. Həmin dövrdən sonra kağızın özünün qiyməti, çapı və s. da qalxıb. Bu, normal haldır. İnsanın həyatında 1 dəfə həyata keçirilən əməliyyatdır. Bu baxımdan bu rəqəmlərə baxmaq zəruridir”.

Maliyyə Nazirliyinin yaydığı digər bir məlumatda isə bildirilir ki, rüsum artımlarından dövlət büdcəsinə 100 milyon əlavə vəsait daxil olacaq. Ancaq Maliyyə Nazirliyi unudur ki, bu vəsait birbaşa xalqın cibindən çıxacaq.

Maraqlıdır, neftin qiymətinin ən yüksək səviyyədə olduğu indiki dövrdə Maliyyə nazirliyi hansı səbəbdən onsuz da ağır şəraitdə yaşayan xalqın cibinə bu şəkildə girməyi zəruri hesab edir və hökümətin bu siyasəti hansı strategiyaya hesablanıb? Atılan bu addımları Maliyyə Nazirliyinin büdcəni doldurmaq üçün xalqın cibinə girməsi kimi dəyərləndirmək olarmı? Ümumiyyətlə bu rüsum dəyişikliklərinin istehlak mallarının qiymətinə təsir edə bilərmi və əsasən hansı malların qiymətləri qalxa bilər?

Mövzunu piz.az-ın əməkdaşı iqtisadçı-ekspert, ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Rüsum qiymətlərinin qalxmasının istehlak qiymətlərinin qalmasına birbaşa təsiri yoxdur”.

Bu zəruri xidmətlərin dövlət tərəfindən xalqa göstərildiyini xatırladan ekspert PİA.az-a açıqlamasında bildirib ki, dövlət göstərdiyi xidmətlərə görə rüsum artımlarına getməsi vətəndaşdan pul qazanmaq xatirinə olmamalıdır. Bu dövlətin mahiyyətinə uyğun deyil:

“Əslində rəsmi açıqlamalarda tam açıq deməsələr də, belə izah etməyə çalışırlar ki, son illər infilyasiya yüksək olub və qiymətlər artıb. İndi də infilyasiyaya uyğun olaraq rüsumların indeksləşməsinə ehtiyac yaranıb. Əgər belə bir açıqlama verirlərsə, bu tamamilə məntiqsiz yanaşmadır. Çünki hələ ki, əmək haqları, təqaüdlər, sosial müavinətlərlə bağlı indeksləşməə aparılmayıb.

Düşünürəm ki, tam tərsinə proses baş verdi. Çünki birinci növbədə əmək haqları, maaşlar, təqaüdlər ciddi şəkildə artırılmalıydı. Buna uyğun olaraq da rüsumlarda müəyən indeksləşmə aparıla bilərdi. İndi isə rüsumlar maaşların artımından əvvəl iki dəfə artırılır. Bu halda hansı indeksləşmədən söhbət gedə bilər?

Hamıya bəllidir ki, maaşlar və təqaüdlər iki dəfə atmayacaq. O zaman hansı indeksləşmədən söhbət gedir ki, bəzi rüsumlar, məsələn avtomobillərin texniki baxış rüsumları iki dəfə artırıldı. Yəni xidmət 20 manatdan 40 manata qaldırıldı. Hansı məntiqlə belə qərarların qəbul edildiyini rəsmi dövlət qurumları izah etsələr daha yaxşı olardı. Digər tərəfdən, rəsmi olaraq inflyasiya bir rəqəmli olduğu halda, rüsumların iki dəfə artırılması hansı məntiqə dayanır?

Natiq Cəfərli: “Dövlətin göstərdiyi xidmət vətəndaşın məmnuniyyəti, qanunların işləyə bilməsi üçündür, pul qazanmaq üçün deyil”.

Başqa bir məsələ odur ki, bu xidmətləri xalqa dövlət göstərir. Dövlət də xalqa göstərdiyi xidmətlərə görə rüsum artımlarına getməsi pul qazanmaq xatirinə olmamalıdır. Bu dövlətin mahiyyətinə uyğun deyil. Dövlətin göstərdiyi xidmət vətəndaşın məmnuniyyəti, qanunların işləyə bilməsi üçündür, pul qazanmaq üçün deyil. Buna görə də xarici yaxud da texniki pasportun maya dəyəri neçəyədir ki, bunu 60 ya da 40 manata əhaliyə verməyi düşünürlər. Burada ciddi disbalans yaranlr və Maliyyə Nairliyinin verdiyi bu açıqlama tamamilə məntiqdən kənardır.

Rüsum qiymətlərinin qalxmasının istehlak qiymətlərinin qalmasına birbaşa təsiri yoxdur. Ola bilər ki, dərman preparatlarının bəzilərində qiymət artımı olsun.

Onu da qeyd edim ki, istər özəl sektorda, istərsə də dövlət sektorunda çalışan vətəndaşların xərcləri artır. Təbii ki, özəl sektorda çalışanlar da çalışacaq ki, satdıqları məhsulun qiymətini qaldırsınlar. Yəni rüsumların artırılması dolayı yolla qiymətə artımına təsir göstərə biləcək məsələdir. Amma indiki şərtlər daxilində birbaşa qiymət artımının olacağını demək olmaz”.

Bənzər yazılar

Back to top button