Sağlamlıq

Azərbaycanda koronavirusa görə reanimasiyada olanların sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 8-nə olan statistik göstəriciləri açıqlayıb.

AzToday.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 3406 nəfər aktiv koronavirus xəstəsidir.

Onlardan 140 nəfər reanimasiyada, 20 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 343 391 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 323 nəfər koronavirusa yoluxub, 288 nəfər sağalıb, 5 nəfər isə vəfat edib.

Bənzər yazılar

Back to top button