Hadisə

Azərbaycan tarixinin ən böyük Amnistiya Aktı: Kimlər düşəcək? – DETALLAR

“Zəfər Günü münasibətilə hazırlanan Amnistiya Aktı şamil edilməsi gözlənilən şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə ən böyük amnistiya olacaq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə deyib.

Komitə üzvü bildirib ki, qərar layihəsi ilə azadlıqdan məhrum etmə yerlərindən bir çox şəxsin azad edilməsi ehtimal edilir.

Bunlar aşağıdakılardır:

– Böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;

– Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;

– Ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər;

– Az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər.

Amnistiya Aktı ilə həmçinin məhkumluğun götürülməsi və əlavə cəzalardan azad etmə institutlarının tətbiqi nəzərdə tutulur.

Bənzər yazılar

Back to top button