Ermənistanın Mingəçevirə atdığı raketləri məhv edən silahlar (VİDEO)

by Aztoday Xəbər Portalı

Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycanın Mingəçevir Su Elektrik Stansiyasını vurmaq üçün atdığı raketləri məhv edən silahların adları açıqlanıb.

AzToday.az-ın məlumatına görə, bu barədə İTV-nin efirində yayımlanmış “Görünməyən qəhrəmanlar – Hərbi Hava Qüvvələri” adlı sənədli filmdə bildirilib.

Hərbi Hava Qüvvələrində xidmət edən zabitlərdən biri deyib ki, Mingəçevirə atılan ballistik raketlərdən biri “BUK” zenit raket kompleksi vasitəsilə məhv olunub.

Digər zabit isə bildirib ki, Mingəçevirə atılan ballistik raketləri yaxına buraxdıqdan sonra məhv etmə zonasının yaxın sərhədində onları S-300 hava hücumundan müdafiə sistemləri ilə məhv edib.

Hərbi Hava Qüvvələri həmin hədəfləri cəmi 50 saniyəyə aşkar edib.

Bənzər Yazılar