Siyasət

Əli Kərimli ilə Arif Hacılının müsahibəsini sildilər

Hüquqşünas Ələsgər Məmmədlinin təsisçisi olduğu Toplum TV-nin sosial şəbəkə hesabına kiber hücum olub.

Bu barədə Ə. Məmmədli məlumat yayıb. O bildirib ki, bu gün səhər saatlarında mobil telefon nömrəsi üzərindən facebook hesabına müdaxilə olunub: “Müdaxilə mobil telefonun sim kartına göndərilən SMS-in qanunsuz istifadəsi ilə baş verib. Toplum TV-nin səhifəsinə müdaxilə edərək onun Facebook səhifəsinin adı dəyişdirilib.

Eyni zamanda Toplum TV-də gedən AXCP və Musavat rəhbərləri ilə olan canlı müzakirələrin videoları silinib və təxminən 20 min nəfərinin bəyənilməsi ləğv edilib.

İnformasiya təhlükəsizliyi ilə bağlı məsul rəsmi qurumların bununla bağlı ciddi araşdırmasını və zəruri tədbir görməsini tələb edirəm”.

Ə.Məmmədli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda TV-nin sosial şəbəkə hesabına idarəetməni bərpa ediblər: “Səhifənin adını da geri qaytardıq. Amma videoların bərpası mümkün olmadı. Buna görə də həmin videolar yenidən yayımlanacaq”.

Bənzər yazılar

Back to top button