Sağlamlıq

ÜST daha bir vaksini qeydiyyata aldı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropadan kənarda istehsal edilən daha bir vaksinin istifadəsinə icazə verib.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, Hindistanın “Brahat Biotech” əczaçılıq şirkətinin istehsalı olan “Covaxin” adlı preparatın tətbiqinə razılıq verilib. Effektivliyi 78% olan dərman vasitəsi yaşı 18-dən yuxarı olan bütün insanlara tətbiq edilə bilər. Hindistanlı mütəxəssislərin hazırladığı vaksin xüsusi saxlanma şəraiti tələb etmədiyi üçün kasıb ölkələrin daha çox marağına səbəb olacağı bildirilir.

Bənzər yazılar

Back to top button