YAP İlham Əliyevin qalib gəldiyini açıqladı

Print Friendly, PDF & Email

Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın mərkəzi qərargahında mətbuat konfransı keçirib.

AzToday.az-ın verdiyi xəbərə görə, Ə.Əhmədov bildirib ki, 3,9 milyon seçici səs verib:

“Seçkilər baş tutub, hər kəsi təbrik edirəm. “Exit-poll”un nəticələrinə görə hər bir namizədin ala biləcəyi səs açıqlanıb. Hər bir təşkilatın açıqladığı statistik nəticədə İlham Əliyev 80 faizdən yuxarı səs toplayıb. İnanıram ki, İlham Əliyev bu seçkidə qələbə qazanacaq və bu, Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənəcək. Xalq düzgün və müdrik seçimini edib, İlham Əliyevin idarəçiliyi altında Azərbaycanın iqtisadiyyatı, ordusu güclənib, ölkənin qüdrəti artıb”.