Bu dövlət idarəsi ləğv edilir – Səlahiyyətləri nazirliyə verilir

by Aztoday Xəbər Portalı

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv ediləcək.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, idarənin tabeliyindəki təhsil müəssisələri Təhsil Nazirliyinə təhvil veriləcək. Artıq bununla bağlı layihə hazırlanıb və müvafiq qurumlara təqdim edilib.

Layihəyə baxıldıqdan sonra qarşıdakı aylarda təsdiq olunacağı gözlənilir.

Qeyd edək ki, 2011-ci ilədək nazirliyin balansında olan bu sahə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. İdarənin rəisi isə Yunusov Eldar Əli oğludur.

Bənzər Yazılar