Füzuli Adıgözəlova hökm oxundu

by Aztoday Xəbər Portalı

10 milyon manatdan çox məninsəmədə təqsirləndirilən “Güllübulaq” MMC-nin direktoru Füzuli Adıgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzToday.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma nəticəsində “Güllübulaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Adıgözəlov Füzuli Qəşəm oğlunun cinayət əməlləri üzə çıxıb.

F.Adıgözəlov 2011-2015-ci il tarixlərində Türkiyədən müxtəlif məhsullar idxal edib, Cəmiyyətə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəyib, malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib.

Bundan başqa, F.Adıgözəlovun 2011-2015-ci illər ərzində ümumilikdə 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da əsaslı şübhələr yaranıb.

Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bənzər Yazılar