İdman

Qvardiola Ronaldunu “qol maşını” adlandırdı

İngiltərə Premyer Liqasının 11-ci turunda “Mançester Siti” səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq.

Fanat.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola (Josep Guardiola) rəqibin ulduz futbolçusu Kriştianu Ronaldunun (Cristiano Ronaldo) çıxışını dəyərləndirib.

İspaniyanın “ESPN” nəşrinə danışan 50 yaşlı mütəxəssis portuqaliyalı hücumçunu “qol maşını” adlandırıb:

“Mən “Mançester Yunayted” – “Atalanta” matçını izləməmişəm, amma hər şeyi təhlil edib rəqibin nə dərəcədə təhlükəli olduğunu öyrənməyə çalışacağam. Onların heyətində tarixinin ən yaxşı oyunçularından biri olan Ronaldu var. O, qol “maşını”dır. “Brügge” ilə oyunun “Mançester Yunayted”lə görüşdən daha vacib olduğunu deyəndə insanlar əsəbləşirdilər. İndi isə ən vacib oyun “Mançester Yunayted”lədir”.

Qeyd edək ki, matç noyabrın 6-da Bakı vaxtı ilə 15:30-da start görürəcək.

Bənzər yazılar

Back to top button