Sağlamlıq

Azərbaycanda 5 yaşa qədər uşaqlara vaksin vurulacaq?

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda 5 yaşa qədər uşaqlara COVID-19 əleyhinə vaksin vurulub-vurulmayacağı ilə bağlı məsələnin gündəmdə olub-olmamasına aydınlıq gətirib.

AzToday.az xəbər verir ki, o, APA-ya açıqlamasında bildirib ki, bununla bağlı tövsiyə yoxdur:

“Tövsiyə var ki, uşaqlarda hər hansı xəstəlik varsa, risk qrupuna aiddirsə, onda həkimlərin məsləhəti ilə 12 yaşına qədər olan uşaqlara vaksin vurula bilər. Ümumilikdə uşaqlara COVID-19 əleyhinə vaksin vurulması nəzərdə tutulmayıb”.

Qeyd edək ki, ABŞ-da 5 yaşına qədər uşaqlara vaksin vurulması tövsiyə edilir.Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda 5 yaşa qədər uşaqlara COVID-19 əleyhinə vaksin vurulub-vurulmayacağı ilə bağlı məsələnin gündəmdə olub-olmamasına aydınlıq gətirib.

Bənzər yazılar

Back to top button