Hadisə

Xəyyam Abdinova qarşı irəli sürülən ittiham məlum oldu

Müasir İncəsənət Muzeyinin sabiq direktoru Xəyyam Abdinovun nədə ittiham olunduğu məlum olub.

AzToday.az APA-ya istinadla xəbər verir ki, sabiq direktor xüsusilə külli miqdarda dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü və 320-ci maddələri ilə ittiham verilib.

Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovananın sədrliyi ilə onun barəsində İstintaq orqanın təqdimatına baxılıb.

Hakim təqdimatı təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

Back to top button