Hadisə

Qazaxda həlak olan Tural nişanlı imiş… (FOTO)

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı MAXE Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alaraq həlak olub.

AzToday.az xəbər verir ki, “Qafqazinfo” həlak olan çavuş Əhmədovla bağlı bəzi məlumatları əldə edib.

Məlumata görə, hərbçimiz Lerikin Ambu kəndindədir. Tural Əhmədovun nişanlı olduğu bildirilir.

Qeyd edək ki, hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.

Bənzər yazılar

Back to top button