Hadisə

Almaniyada itkin düşən azərbaycanlı həkim tapıldı

Macarıstandan Almaniyaya səfər edərkən itkin düşən azərbaycanlı həkim Toğrul Cəfərli tapılıb.

Bu barədə “Qafqazinfo”ya onun həyat yoldaşı Ülkər Qaçayeva məlumat verib. Xanımının sözlərinə görə, T.Cəfərlinin Almaniyada yox, Macarıstanda olduğu müəyyənləşib:

“Toğrul oktyabrın 27-də Macarıstandan Almaniyaya uçuş edən zaman hava limanında səhhəti pisləşib və huşunu itirib. Aeroport əməkdaşları onu xəstəxanaya çatdırıblar. Uçuş öncəsi qeydiyyatını tamamladığı üçün hava yolu şirkəti onun Macarıstandan çıxış etdiyini göstərib. Biz də onun Almaniyada olduğunu sanmışıq. Əslində isə Toğrul Macarıstanda imiş. Buna görə də Almaniya polisi onu tapa bilməyib. Toğrul xəstəxanada müalicə aldığı müddətdə bizimlə əlaqə yarada bilməyib. Bu gün videozənglə özü ilə danışmışam. Axşamüstü Almaniyada olacaq. Əvvəlcə polis bölməsinə gedib izahat yazacağıq ki, axtarışı dayandırsınlar”.

Qeyd edək ki, oktyabrın 27-dən bəri T.Cəfərlidən xəbər almaq mümkün olmamışdı. O, Almaniyanın Lor-am-Mayn şəhərində həkim-psixiatr işləyir.

Bənzər yazılar

Back to top button