ManşetSiyasət

Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi

“Noyabrın 8-də xalqımız Zəfər Gününü qeyd edəcək. İcazə verin, bu Zəfəri bizə bəxş edən Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və qazilərimizi təbrik edək”.

AzToday.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Təklif edirəm ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaq”, – o bildirib.

Daha sonra deputatlar spikerin təklifini alqışlarla qarşılayıblar.

Bənzər yazılar

Back to top button