İdman

Lionel Messi Cengiz Ünderlə görüşməkdən imtina edib

İtaliyanın “Roma” və İspaniyanın “Barselona” komandaları arasında keçirilmiş futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra maraqlı hadisə baş verib

“Report”un “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, “Barselona”nın hücumçusu Lionel Messi “Roma”nın türkiyəli yarımmüdafiəçisi Cengiz Ünderə laqeyd münasibət göstərib.

Messi Cengizlə miks-zonada üz-üzə gəlib. Ünder salamlaşmaq üçün bir müddət argentinalı forvardın üzünə baxsa da, məşhur futbolçu özünü görməzliyə vuraraq, başını aşağı salıb və stadionu tərk edib.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk matçında “Barselona”ya 1:4 hesabı ilə məğlub olan “Roma” cavab qarşılaşmasında 3:0 hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.

Bənzər yazılar

Back to top button