CəmiyyətGündəm

Azərbaycanda 4 gün qeyri-iş günü olacaq

Azərbaycanda qarşıdakı dörd gün iş günü olmayacaq. Noyabrın 6-7-dən sonra ayın 8 və 9-u da qeyri-iş günləri olacaq.

Noyabrın 8-də Azərbaycanda ötən ilin payızında 44 günlük İkinci Qarabağ Müharibəsində qələbə münsibətilə Zəfər Günü qeyd olunur.

8 noyabr 2020-ci il tarixində Azərbaycan ordusu Şuşa şəhərini azad edib ki, bu da müharibənin nəticəsində həlledici rol oynayıb və iki gündən sonra düşməni kapitulyasiyaya məcbur edib.

Noyabrın 10-na keçən gecə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı imzalanıb. Sənəddə hərbi əməliyyatların nəticələri əksini tapıb. Bu əməliyyatlar nəticəsində Azərbaycan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını, həmçinin Hadrut qəsəbəsi daxil olmaqla Xocavənd rayonunun xeyli hissəsini, Şuşa şəhərini, Qarabağın şimalında Suqovuşan və Talış qəsəbələrini işğalçılardan tamamilə azad edib. Bundan əlavə, sazişin şərtlərinə əsasən, Ermənistan qoşunları Ağdam, Kəlbəcər, Laçın (Ermənistan və Xankəndini birləşdirən yol boyunca 5 kilometrlik zolaq istisna olmaqla) rayonlarından çıxarılıb.

Noyabrın 9-da isə Azərbaycanda Bayraq Günü qeyd olunur. 1918-ci il həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin (1918-ci il) bayrağı qəbul edilib. Aypara və səkkizguşəli ulduzlu üçrəngli bayraq (göy, qırmızı, yaşıl ) çağdaş Azərbaycan Respublikasının dövlət bayrağıdır.

Bənzər yazılar

Back to top button