Hadisə

Aytac Əliyevanın həbsi ilə bağlı təfərrüatlar: 389 min manatlıq mənimsəmə…

Binəqədi bələdiyyəsinin keçmiş sədri Aytac Əliyevanın həbsinin təfərrüatları məlum olub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşı aldadıb. Onlar vətəndaşların birindən 200 000, digərindən isə 189 000 manat alaraq mənimsəyiblər.

Aytac Əliyeva həmçinin Binəqədi bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanmış cinayət işi üzrə Aytac Əliyeva Cinayət Məcələssinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1 (saxta sənəd hazırlama və satma), onun bacısı İlknur Əliyeva isə 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisi barəsində məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib.

Başlanmış cinayət şi üzrə istintaq hərəkətləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumatı təsdiqləyib.

Bənzər yazılar

Back to top button