İsrailin “Pegasus” casus proqram təminatının istehsalçısı ABŞ-ın qara siyahısına düşüb

by Aztoday Xəbər Portalı

ABŞ hakimiyyəti NSO şirkətini – İsrailin “Peqasus” casus proqram təminatı istehsalçısını jurnalistlərin və rəsmi şəxslərin izləməsilə əlaqədar qalmaqalın mərkəzi elementinə çevrilən proqram təminatını hədəfləyən məhdudlaşdırılmış şirkətlər siyahısına daxil edib.

Frans-press qeyd edir ki, NSO şirkəti dünyada on minlərlə insan hüquq- müdafiəçisi, jurnalist, siyasətçi və müəssisə rəhbərlərinin onun Pegasus proqram təminatı üçün potensial hədəflər kimi göstərilməsi barədə məlumatlara görə qalmaqallara məruz qalıb.

Pegasus tərəfindən yoluxmuş smartfonlar mahiyyətcə cib casus cihazlarına çevrilir ki, bu, istifadəçiyə hədəfin mesajlarını oxumağa, onların fotoşəkillərinə baxmağa, onların yerini izləməyə və onların xəbəri olmadan kameranı işə salmağa imkan verir.

“Bu alətlər həmçinin xarici hökumətlərə transmilli repressiyalar həyata keçirməyə imkan verib ki, bu da fərqli düşüncəni susdurmağa məcbur etmək üçün hökumətlərin öz suveren sərhədlərindən kənarda dissidentlərə, jurnalistlərə və fəallara yönəlmiş praktikasıdır”, – ABŞ Ticarət Nazirliyinin bəyanatında bildirilir.

Vaşinqton həmçinin İsrailin Candiru şirkətini, Sinqapurun Computer Security Initiative Consultancy PTE (COSEINC) konsaltinq şirkətini və Rusiyanın Positive Technologies firmasını hədəfləyib.

“Bugünki hərəkətlər repressiyalar üçün istifadə olunan rəqəmsal alətlərin yayılmasına qarşı mübarizə yolu ilə insan hüquqlarını ABŞ-ın xarici siyasətinin mərkəzinə qoymaq Bayden-Harris administrasiyasının səylərinin bir hissəsidir”, – ABŞ Ticarət Nazirliyinin bəyanatında deyilir.

Birləşmiş Millətlər Təşkilatlarının ekspertləri İsrailin casus proqram təminatı ilə bağlı qalmaqaldan sonra insan hüquqlarının müdafiəsinə dair qaydalar tətbiq edilənə qədər müşahidə texnologiyalarının satışına beynəlxalq moratoriuma çağırıblar.

İsrailin hərbi idarəsi NSO-nun fəaliyyətinin, o cümlədən ixrac lisenziyalarının verilməsi prosesinin yoxlanması üçün komitə yaradıb.

NSO təkid edir ki, onun proqram təminatını yalnız terrorizmə və digər cinayətlərə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub və onu 45 ölkəyə ixrac edir.

Fərqli düşüncə sahiblərini izləmək üçün hökumətin Pegasus-dan istifadə etdiyi ölkələrdən biri də Azərbaycandır. Bu ölkədə qanunsuz dinlənilən bir qrup şəxs hökumətlə məhkəmə çəkişməsinə hazırlaşır.

Bənzər Yazılar