Hadisə

“Dünyagöz Azərbaycan” MMC məhkəməyə verilib

“Dünyagöz Azərbaycan” MMC-yə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

AzToday.az FED.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə görə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Səbail Rayon məhkəməsində hakim Ülviyyə Şükürovanın icraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 01.11.2023, saat 15:50-yə təyin edilib.

Bənzər yazılar

Back to top button