Hadisə

Zakir Fərəcov Sumqayıt bulvarında ağacları kütləvi şəkildə qırır (VİDEO)

Sumqayıt Şəhidlər Xiyabanı ətrafında salınan meşəlik ərazidə ağaclar kütləvi olaraq tələf olunur.

AzToday.az ecofront-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

“Sumqayıt Şəhidlər Xiyabanı kənarında yerləşən ağaclıq kəsilir. Mən buna mane olmağa çalışdım və mənim çəkiliş apardığımı görüb ərazidən uzaqlaşdılar. Ancaq, sonra nə olacaq bilmirəm. Orada yeni binalar tikilir. Düşünürəm ki, elə ona görə ağacları kəsirlər” , – deyə izləyicimiz qeyd edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova nocomment.az açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra mətbuata məlumat veriləcək.

Bənzər yazılar

Back to top button