Dünya

İran rəsmisindən etiraf: “Biz nefti qeyri-qanuni yollarla satırıq”

İran prezidenti İbrahim Rəisinin iqtisadi məsələlər üzrə köməkçisi Muhsin Rızayi ABŞ sanksiyalarından yan keçməyin yolları ilə bağlı açıqlama verib.

Bizimyol.info xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın verdiyi məlumata görə, Rızayi ABŞ-ın “hüquqi əsas olmadan” İrana iqtisadi sanksya tətbiq etdiyini bildirib. “Neftimizi qeyri-qanuni yollarla satırıq və qarşılığında aldığımız dolları valyutamızın məzənnəsi qalxmasın deyə ölkəyə gizli gətirmək məcburiyyətindəyik”, -deyə qeyd edib.

Daxili sanksiyaların xarici sanksiyalardan daha təhlükəli olduğunu müdafiə edən prezidentin köməkçisi, sahibkarların və gənclərin yolunu kəsən maneələri aradan qaldırmağa çalışdıqlarını diqqətə çatdırıb.

Bənzər yazılar

Back to top button