Cəmiyyət

“Spesnaz”dan az iş görməmişəm, amma filmdən haqqımda gedən süjeti çıxarıblar…”

“Bir neçə gün bundan qabaq telejurnalist Mübariz Əsgərov mənə zəng vurub dedi ki, göstəriş verilib Şuşa türməsində sənin haqqında çəkiliş aparılmalıdır. Mən də işimi-gücümü atdım, yollarda 150 manatdan çox pulum getdi və Şuşa türməsinə getdik”

Bunu Moderator.az-a açıqlamasında erməni girovluğunda olmazın işgəncələrinə məruz qalan Kəlbəcər sakini Dilqəm Əsgərov deyib. D.Əsgərov onun haqqında çəkilən süjetin filmdən çıxarılmasına görə təəssüflənib:

“Çəkilişdən sonra danışığımız belə oldu ki, Zəfər Bayramı günü filmin təqdimatı keçiriləcək və mənim haqqımda olan süjet də orda veriləcək. Dünən mənə zəng vurdular ki, Bakıya təqdimata gəlin. Mən də rayonda xəstəxanada yatırdım. Durub yola düşdüm və Kürdəmiri keçəndə Mübariz müəllim zəng vurub dedi ki, “filmdən sənin haqqında çəkilən süjet çıxarıldı, buna icazə verilmədi və ona görə də qayıt get geri”. Bu da mənə çox pis təsir etdi.

Mən indi soruşuram ki, nəyə görə bunu belə etdilər, məqsəd nədir?! Altı il yeddi ay mən Şuşa türməsində zəncirdə yatmışam, amma Mübariz Əsgərova əmr verənlər dollar sayıb, rüşvətxoruluqla məşğul olublar. Eybəcərəm? Atam, yoxsa anam ermənidir? Mən otuz ildir ki, döyüşürəm. Hamısı mənim kim olduğumu bilirlər. Mən Xüsusi Təyinatlılardan az iş görməmişəm. Amma çox təəssüflər olsun ki, filmdən mənim haqqımda olan yeri çıxartdırıblar”.

Bənzər yazılar

Back to top button